Qadınların mübarizəsində Natalya Prişepa qızıl medal qazandı!

AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci Dünya Çempionatı davam edir. Azərbaycanla birlikdə 12 ölkədən gələn atletlərin qatıldığı yarışda yaşı 17-dən çox olan qadınlar medal mübarizəsinə qoşulublar.

Təcrübəli atletlərin yarışı izləmək xoş oldu. Son yanaşmaya qədər gedən qızıl medal “döyüşü”ndə qalib adını Natalya Prişepa qazandı. “Kişinyov-Zirvə” atleti 232 kq (107+125) nəticə göstərərək 278.4 Sinkleyr xalı topladı və fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Gümüş medal “Abşeron-Zirvə” atleti, gənclər arasında Avropa çempionu Anastasiya İbrahimliyə qismət oldu. O, 220 kq (95+125) nəticə göstərdi və 272.8 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı.

Bürünc medalı “Jidaçiv-Zirvə” atleti Anastasiya Qotfird əldə etdi. Goranboylu atleti Məhərrəməova Mərziyyəni yalnız 0.8 xal qabaqlayıb ukraynalı idmançı, 222 kq (105+117) nəticə və 244.9 xalla üçüncü pillədə qərarlaşdı.
Təbrik edirik!

Çempionatın keçirilməsində məqsəd klublarımız arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, ağır atletika idman növünün inkişaf etdirilməsi, güclü klubların və idmançıların müəyyən olunmasıdır.

Yarışa gəlmə günü 25 dekabr, getmə günü isə 29 dekabr 2015-cı il olaraq müəyyən edilmişdir. Dünya çempionatında Azərbaycan, Türkiyə, Moldova, Polşa, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Bolqarıstan, İsrail, İrandakı “Zirve İnternational Sport Clubs”-ın həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.
Yarışlar aşağıda qeyd olunan yaş qrupları üzrə keçirilir:

1. Kişilər

  • a) U-20 (yaşı 20-yə qədər olanlar)
  • b) 20+ (yaşı 20-dən yuxarı olanlar)

2. Qadınlar

  • a) U-17 (yaşı 17-yə qədər olanlar)
  • b) 17+ (yaşı 17-dən yuxarı olanlar)

Yarış şəxsi və komanda xarakteri daşıyacaq. Qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirve İnternational Sport Clubs”-ın diplom, medal və mükafatları ilə təltif olunacaqlar. Komanda yarışlarında I-VI yerləri tutan klublar mükafatlandırılacaqlar. Qalib və mükafatçı idmançılar və komandalar “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqlar.

N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Prişepa Natalya Kişinyov 74.70 107 125 232 278.4
2. İbrahimli Anastasiya Abşeron 70.40 95 125 220 272.8
3. Qotfrid Anastasiya Jidaçiv 89.60 105 117 222 244.9
4. Məhərrəmova Mərziyyə Goranboy 48.40 66 84 150 244.1
5. Əlizadə Gülçin Qazax 51.80 67 85 152 233.6
6. Lortkipanizde Tatya Tbilisi 62.30 76 95 171 229.0
7. İbrahimova Firuzə Sumqayıt 60.90 70 90 160 217.6
8. Ohman Marina Beer-Şeva 65.10 80 87 167 217.2
9. Abbasova Elnarə Qazax 58.30 70 80 150 210.4
10. Əhmədova Ləman Abşeron 56.50 60 80 140 201.0
11. Sarıtoprak Emine Ankara 69.30 67 87 154 192.8
12. Məmmədova Xumar Goranboy 87.30 65 81 146 162.8
SHARE