Qadınlar üçün rəqs dərsləri AAAF Parkda!

AAAF Park Yaşayış Kompleksi sakin və qonaqları üçün xidmət siyahısını genişləndirməkdə davam edir. Xüsusilə zərif cinsin nümayəndələri üçün maraqlı olacaq bir təşəbbüslə çıxış edirik.

Bu gündən etibarən Kompleksimizdə qadınlar üçün rəqs dərsləri keçiləcək. Mütəxəssisimiz Şahsənəm Qasımovanın rəhbərliyi altında siz istədiyiniz rəqsi öyrənmək, bütün şadlıq mərasimlərinizdə fərqlənmək, əylənmək imkanı əldə edəcəksiniz. Bu şansı qaçırmayın!

Məşqlər hər həftənin tək günləri, saat 15:00-dan 17:00-a qədər davam edəcəkdir.

Əlavə məlumat və əlaqə üçün: (055) 543-71-97

SHARE