“Polaris” yeni kolleksiya ilə xidmətinizdə!

AAAF Park Mağazalar Şəbəkəsinə daxil olan “Polaris”də artıq yeni mövsüm qadın və uşaq geyimlərini münasib qiymətlərlə əldə edə bilərsiniz. Payız-qış kolleksiyalarına daxil olan müxtəlif növ dəri, tül və parça ətəklər, yun geyimlər, rəngbərəng gödəkçələr dəbli obraz üçün idealdır. Əlavə olaraq, qış mövsümü üçün trendə uyğun paltolar da zövqünüzcə olacaq. Yeni kolleksiyalar sırasında ziyafət geyimlərinin xüsusi yeri var. Dəri, gipür detallar yaxud işləmələrlə bu mövsüm ziyafət geyimləri göz oxşayır. Yeni mövsümdə mağazada özünəməxsus yer tutan parlaq dəri, hündürdaban ayaqqabılar, yaxud rahat babetlər görüntünüzə canlılıq qata bilər. Yeni kolleksiyaya daxil olan uşaq ayaqqabılarında da rahatlıq və dəb nəzərə çarpır. Dəb dünyasına bu mövsüm AAAF Park mağazalarında daha yaxın olun.

SHARE