AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatında ilk yarış günü arxada qalıb. Ölkənin bütün bölgələrindən yüzə yaxın atlet qüvvəsini sınayır. Çempionat fevralın 12-13-də keçiriləcək. Qadınlar 6, kişilər isə 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
Son olaraq çəkisi 69 kq-a qədər olan atletlər medal mübarizəsinə qoşulublar. Təcrübəli atlet Sərdar Həsənov qızıl medala sahib çıxıb. İkinci pillədə isə uzunmüddətli zədədən geri dönən Paşa İbrahimli qərarlaşıb. “Zirvəçi” atlet 260 kq (120+140) nəticə ilə yaxşı çıxış nümayiş etdirib.
Təbrik edirik!
1. | Həsənov Sərdar | 1985 | Neftçi | 69.00 | 135 | 140 | 275 |
2. | İbrahimli Paşa | 1995 | Zirvə | 67.60 | 120 | 140 | 260 |
3. | Bayramov Sabit | 1986 | Spartak | 67.85 | 105 | 140 | 245 |
4. | Quliyev Sənan | 1995 | Zirvə | 68.15 | 102 | 125 | 227 |
5. | Alxasov Əlimərdan | 2001 | Zirvə | 68.60 | 96 | 125 | 221 |
6. | Nəsrullayev Rəsul | 1998 | Təhsil | 67.00 | 100 | 120 | 220 |
7. | SƏfərov Eltun | 1994 | Zirvə | 67.90 | 98 | 122 | 220 |
8. | Usubov Fərid | 1997 | Zirvə | 65.70 | 98 | 120 | 218 |
9. | Babirov İlqar | 2000 | UGİM | 68.65 | 92 | 112 | 204 |
10. | Nəsirov İlqar | 1998 | Təhsil | 64.00 | 85 | 110 | 195 |
11. | Baxışov Niyaz | 1995 | Zirvə | 65.90 | 85 | 0 | 0 |