“Park”ımıza payız gəldi

Payız gəldi, uçdu-getdi quşlar…

Məşhur mahnıdakı bu cümlə adətən payızın gəlişinin ilkin təsviri kimi qəbul olunur. Bu fəsil düşüncələrimizdə yağışlar, yerə tökülən yarpaqlar, külək, eyni zamanda gözəl təbiət mənzələri və bərəkətli günlərlə təcəssüm olunur.

Bir çoxumuzun sevimli fəsli olan payız ilk qədəmlərini qoyub Azərbaycana… Sevimli məkanımız “AAAF Park” da payıza “xoş gəldin” deyib. Düzdür, özünü ilk öncə havanın şıltaqlığı ilə göstərən fəsil, 22 sentyabr tarixində gecə və gündüz bərabərliyindən bizlərə xəbər verdi, diqqətli olmağa çağırdı. Kompleksimiz yavaş-yavaş payızın sərin nəfəsini öz üzərində hiss etməkdədir. İnsan ruhunu dincəldən gözəlliklərə parkımızda da şahidlik edəcəyik. Başdan-başa, heçzaman solmayan, yaşıl ağaclarla dolu olan “AAAF Park” bu baxımdan xüsusi gözəlliyi olan yer olacaq.

Parkımıza payız gəlib, öz ətrini, ab-havasını gətirib.

Payızınız mübarək, dostlar!

SHARE