“Özünə bax” verilişinin qalibinə AAAF Park-da ev hədiyyə olundu – VİDEO

“Azad Azərbaycan” Teleradio Şirkəti (ATV) izləyicilərini sevindirib. Kanalda efirə gedən “Özünə bax” verilişinin élan etdiyi müsabiqə başa çatıb. Layihənin qalibinə “AAAF Park” Yaşayış Kompleksində mənzil hədiyyə olunub.

Qadın verilişinin bu layihəsində əsas mükafat Sevinc Qurbanovaya qismət olub. Ona yeni mənzilin açarlarını kompleksimizin direktoru Ruslan Xanverdiyev şəxsən təqdim edib.

Qalibə 47 kv metrlik, 1 otaqlı, bütün şəraitlə təmin olunmuş ev verilib.

Qalibi təbrik edirik.

SHARE