“Özgüven” aptekin açılışı oldu

AAAF Park Yaşayış Kompleksinin ərazisində “Özgüven” aptekin açılışı oldu. Lent kəsildikdən sonra mərasimə toplaşan çoxsaylı qonaqlar aptekin fəaliyyəti ilə tanış oldular. Burada dərman preparatları ilə yanaşı, uşaq və idman qidaları, parfümeriya, müxtəlif ölçüdə eynəklər, dietik, kosmetik  və digər məhsullar sərfəli qiymətlərlə müştərilərə təqdim olunur. Universiallığı ilə seçilən aptek fasiləsiz olaraq fəaliyyət göstərəcək.

Aptekin açılışı münasibətilə bədii hissə də təqdim olunub. Sevilən və populyar müğənnilər rəngarəng ifalar səsləndiriblər.

Mərasim zamanı yarışma keçirilib, qaliblərə hədiyyələr verilib.

SHARE