Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək atletləri tanıyaq: Tarmenxan Babayev

Azərbaycanın ağır atletika üzrə yeniyetmə oğlan və qızlardan ibarət yığma komandası 6-13 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında iştirak edəcək. Bu mötəbər yarışda ölkəmiz iki yeniyetmə ağır atletlə təmsil olunacaq. Onlardan biri Tarmenxan Babayevdir.

2001-ci ildə Naxçıvanda anadan olub. “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur. 85 kq çəki dərəcəsində mübarizə aparır.

SHARE