Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək atletləri tanıyaq: Lalə Rzazadə

Azərbaycanın ağır atletika üzrə yeniyetmə oğlan və qızlardan ibarət yığma komandası 6-13 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında iştirak edəcək. Bu mötəbər yarışda ölkəmiz iki yeniyetmə ağır atletlə təmsil olunacaq. Onlardan biri Lalə Rzazadədir.

2001-ci ildə Lənkəranda anadan olub. “Zirvə” İdman Klubunun nümayəndəsidir. Şəxsi məşqçisi Teymur Əliquliyevdir. Yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq yarışların iştirakçısıdır. 53 kq çəki dərəcəsində mübarizə aparır.

SHARE