“Nutrend” şirkətinin direktoru “Zirvə” Fitness Mərkəzinin qonağı olub

400-ə yaxın idman qidaları təchiz edən dünyaca məhşur “Nutrend” şirkətinin direktoru Aleş Vigner “Zirvə” Fitnes mərkəzinin qonağı olub. İlk dəfədir Bakıya gəldiyini deyən Vigner, “Zirvə” Fitness Mərkəzinin onu müsbət mənada təəcübləndirdiyini vurğulayıb.

“İlk dəfədir Bakıda oluram. Bura çox xoşuma gəldi. “Zirvə” Fitnes Mərkəzində isə ən çox xoşuma gələn buranın xoş təravəti oldu. Adətən idman zallarında idmançıların məşqindən sonra xoşagəlməz qoxu yaranır amma burada hər şey yüksək səviyyədədir. Zaldakı avadanlıqlara gəlincə rəqabətdə bu avadanlıqlarla yüksək yerləri tuta bilərsiz. Burada hər şey məni müsbət mənada təəəcübləndirdi”.

AAAF Park Yaşayış Kompleksində, təxminən 3 min mv.metr sahədə yerləşən “Zirvə Fitness & Spa” mərkəzinin fitness bölümü müasir Avropa standartlarına uyğun trenajor avadanlıqları ilə hər kəsin istəyinə cavab verir. Gözəl bədən quruluşuna malik olmaq, sağlam qalmaq üçün məhz bu mərkəzə müraciət edənlərin sayı çoxdur.

SHARE