Novruz günlərində xoş istirahətinizi AAAF Parkda qeyd edin

Xalqımızın ən qədim bayramlarından biri Novruzdur. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, ağaclar çiçəklənir, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.

Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Bu bayram həmişəki kimi bu il də AAAF Parkda böyük coşqu ilə qeyd ediləcək. Artıq parkda hazırlıq işləri də aparılır.

Bayram günlərində ailəvi istirahətinizi AAAF Parka etibar etməklə xoş vaxt keçirə biləcəksiniz. Kompleksimizdəki məkanlarda Novruz Bayramı ilə əlaqədar olaraq tədbir və şənliklər təşkil ediləcək. Bayram günlərində qapalı və açıq əyləncə məkanları da balacaların ixtiyarında olacaq. “Limuland” Uşaq Əyləncə Mərkəzində uşaqlar müxtəlif aktraksionlardan və oyun aparatlarından sərfəli qiymətə yararlana biləcəklər. Həmçinin Limukartinq, 7D Cinema, 9D virtual Cinema və buz meydançaları balacaların əyləncəsini daha da maraqlı edəcək.

Bayramda uzaq məsafələr qət edərək istirahət üçün AAAF Parka yollananlar gecələmək üçün parkda fəaliyyət göstərən və nəfis dizaynı ilə seçilən “Tuado” oteldən istifadə edə bilərlər. Burada qonaqlarımızı sərfəli bayram endirimləri də gözləyir.

Novruz günlərində ləziz təamlardan dadmaq, yüksək səviyyəli xidmətdən faydalanmaq və əyləncənizi bol keçirmək istəyirsinizsə, yolunuzu AAAF Parkdan salın.

Gəlin, Novruz bayramını birgə keçirək!

 

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti,167

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here