Nağıllar aləmi AAAF Parka qar yağdı

AAAF Parka qar yağır, yağdıqca da maraqlı mənzərə yaradır. Sanki xalı kimi döşənib küçələrimizə. Qar həmişə təmizlik, bolluq əlaməti olub. Qar yağanda özümüzdə asılı olmayaraq sevinir, evdə olsaq da mütləq küçəyə çıxır, təbiətlə baş-başa qalmağa can atırıq. Bunun üçün ən ideal məkan isə təbii ki AAAF Parkdır.

Təbiətlə yaşayışın ideal sintezi olan AAAF Park büsbütün qara bürünəndə də özünəməxsus gözəllik yaradır. Əsrarəngiz nağıllar aləmini xatırladan şəhərciyimiz onu saatlarla gəzməyi, uşaqlarınız, ailənizlə birlikdə gözəl vaxt keçirməyi sanki tələb edir. AAAF Parka qar yağıb. Hər tərəf ağ, ağappaqdır. Hər tərəf gözəl, xoş ab-hava ilə doludur.

Bu şansdan istifadə etmək gərəkdir. Küçəyə çıxın, qartopu oynayın, özünüzü həqiqi nağıllar aləmində hiss edin.

SHARE