“My name is İntiqam” filminin “Qala gecəsi”

28 noyabr tarixində “AAAF Park Yaşayış Kompleksi”nin vahid sponsorluğu ilə çəkilən “My name is İntiqam” filminin “Qala gecəsi” olacaq.

Ölkəmizin tanınmış gülüş ustalarından daha biri – Müşviq Şahverdiyev maraqlı komediya filmi ilə tamaşaçıların görüşünə gəlir. Hamımızın sevimlisi olan aktyorun bu filminin çəkilişləri məhz AAAF Park Yaşayış Kompleksinin vahid sponsorluğu ilə həyata keçirilib.

Filmdə kənd həyatı yaşayan İntiqamın, rəqs edərkən dostları tərəfindən çəkilən videosu Youtube-a yerləşdirilir. Beləcə, İntiqamın ulduzu parlayır və şəhərə dəvət alır. Bununla da, İntiqamın bir-birindən maraqlı macəraları başlayır. Çəkilişlər cənub zonamızda və AAAF Park-da aparılmışdır.

28 Noyabr tarixində tamaşaçıların ixtiyarına veriləcək film barəsində qısaca deyə bilərik ki, bu filmin yayımlanmasını səbrsizliklə gözləməyinizə dəyər.

SHARE