Müstəqillik Gününüz mübarək!

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olunub. Ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan bu tarix artıq 25 ildir bayram kimi qeyd olunur.

AAAF Park olaraq biz də bu bayrama qoşulur, xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edirik. Dövlətimiz, dövlətçiliyimiz əbədi olsun! Bayramınız mübarək!

SHARE