Murad Həsənli ən aşağı çəkidə çempion oldu

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə oğlanlarda körpücük üzərinə ilk olaraq çəki 26 kq-a qədər olan yeniyetmələr çıxıblar. Yevlax atleti Murad Həsənli toplam 66 kq (30+36) nəticə ilə qalib adını qazanıb. Maraqlıdır ki, ikinci yeri tutan Xırdalan atleti Canpolad Rəfiyev də eyni çəkinin – 66 kq (28+38) öhdsindən gəlib. Sadəcə, qələbə çəkisini önc Həsənli etdiyi üçün o da fəxri kürsünün ən yüksək pilləsin qalxıb. 3-cü pillədə 47 kq (20+27) nəticə ilə lənkəranlı İlham Əkbərov qərarlaşıb.

26 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Həsənli Murad 2008 Yevlax Zirvə 25.8 30 36 66
2. Rəfiyev Canpolad 2008 Xırdalan Zirvə 26.0 28 38 66
3. Əkbərov İlham 2007 Lənkəran Zirvə 26.0 20 27 47
4. Nuraliyev Nihad 2009 Neftçala Zirvə 26.0 22 24 46
5. Mərdaliyev Rəhman 2009 Qazax Zirvə 22.0 20 25 45
6. Qəmbərzadə Azər 2009 LənkÇil Zirvə 26.0 20 25 45
7. Əliyev Sübhan 2009 Qazax UGİM 26.0 20 24 44
8. Alıyev Rəsul 2009 Xırdalan Zirvə 25.6 15 21 36
9. Heydərov İsmayıl 2009 Xırdalan Zirvə 24.5 14 19 33
10. Rəfiyev Fərid 2009 Xırdalan Zirvə 24.6 14 15 29
11. Həsənli Fuad 2009 Yevlax Zirvə 25.5 15 0 0

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE