Murad Əliyev: “Yarış çox yaxşı keçdi”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyinin ikinci yarış günü davam edir. 62 kq çəki dərəcəsindən sonra körpücük üzərinə 69 kq çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar. Bu çəki dərəcəsində qalib adına toplam 216 kq (101+115) nəticə ilə Murad Əliyev layiq görülüb. İdmançımız yarışdan sonra fikirlərini AAAF TV-yə danışıb:

“Yarış çox yaxşı keçdi və mən burada qalib oldum. Birinciliyə çox yaxşı hazırlaşmışdım. Yarışdan əvvəl isə təlim-məşq toplanışında idim. Bütün məşqçilərimə təşəkkürümü bildirirəm”.

SHARE