“Müdirlərimizi tanıyaq” layihəsinin ikinci görüşü keçirilib

AAAf Akademiyanın təşkilatçılığı ilə həyata keçirilən “Müdirlərimizi tanıyaq” layihəsinin ikinci görüşü baş tutub. Bu dəfə AAAF Holdinq əməkdaşları Sakinlərə Xidmət Departamentinin direktoru Eldar Abdullayevlə yaxından tanış olublar. Eldar bəy əvvəlcə uşaqlığı, tələbəlik illəri, uğur və nailiyyətləri, işlədiyi mühit barədə ətraflı məlumat verib. Politexnik Universitetini fərqlənməylə bitirən qonağımız daha sonra İsrailə yola düşüb və orada işləyib. SXD rəhbəri İsrail gənclərinin məşğuliyyətləri, oradaki iş prinsipləri və digər məsələlərlə bağlı gördüklərini iştirakçılarla bölüşüb. Görüşün ən maraqlı hissəsi isə sual cavab olub. Əməkdaşlar layihənin qonağına ünvanladıqları suallara cavab alıb. Eldar bəy departamentdə iş zamanı qarşılaşdığı prosseslər barədə müzakirələr aparıb, gələcək planlara diqqəti çəkib. Nəzərinizə çatdıraq ki, növbəti həftə “Müdirlərimizi tanıyaq” layihəsinin üçüncü görüşü keçiriləcək.

SHARE