Möhtəşəm Ramazan Konserti AAAF Parka rəng qatdı!

Hər bayram bir sevinc səbəbidir. Mübarək Ramazan ayı ərzində oruc tutaraq müqəddəs borcunu yerinə yetirmiş insanlar isə xüsusi bir mərasimə layiq idilər. AAAF Park bu imkanı onlara, həmçinin digər sakin və qonaqlarımıza yaratdı.

İyulun 9-u, saat 19:00-da “Zirvə” restoranının Fəvvarə ətrafındakı möhtəşəm məkanında gözlənilən Ramazan Konserti baş tutdu. Əvvəldən də elan edildiyi kimi, özünün “Hind rəqs qrupu” ilə Oksana Rəsulova, Günay İbrahimli, İlhamə Qasımova, Ayaz Qasımov, Emil Bədəlov, Elçin Cəfərov və başqaları Kompleksimizə təşrif buyuraraq tamaşaçıları sevindirdilər. Tamaşaçı sayı isə…

Mindən çox tamaşaçının izdihamını görməyə dəyərdi. Əsl anşlaq yaşanırdı. Bütün oturacaqlar dolmuş, Parkdakı boş yerlərdə isə insanlar ayaq üstə Konserti izləyirdilər. Şoumen Şəhriyar Əbilovun təqdimatında üç saata yaxın davam edən tədbirdə gözəl rəqslər, ifalar bir-birini əvəzlədi, məzəli söhbətlər, xoş dialoqlar yaşandı, hər kəs çox gözəl vaxt keçirdi. AAAF Park rəhbərliyinin də canlı izlədiyi Ramazan Konsertinin uzun müddət yaddaşlarda qalacağına şübhə yoxdur.

“AAAF Media”nın təşkilatçılığı ilə təqdim olunan Konsertin iştirakçıları ulduz qonaqların hər biri yaradılan şəraitdən, yüksək səviyyəli təşkilatçılıqdan razılığını bildirdi, burada olmaqlarından şad olduqlarını dilə gətirdilər. Müğınnilər AAAF Parkın günü-gündən inkişaf etdiyini qeyd etdilər, yaxın müddətdə bu Kompleksin sakini olmaq arzularını dilə gətirdilər.

AAAF Park öz ənənəsinə sadiq qalaraq belə tədbirləri mütəmadi edəcək, sakin və qonaqlarımızın istirahətinin xoş keçməsini gələcəkdə də təmin edəcəkdir.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE