Möhtəşəm “ƏN Yeni il” konsertində AAAF Parkdan mənzil uduldu!

2016-cı ilin son günündə Bakı Olimpiya Stadionunda möhtəşəm “ƏN Yeni il” konserti keçirilib. AAAF Park Yaşayış Kompleksinin sponsoru olduğu şou-proqram atəşfəşanlıq və diskoteka ilə davam edib.

68 min tutumu olan arenanın tribunalarını dolduran izləyicilər xoş anlar yaşayıblar. Tanınmış yerli və əcnəbi müğənnilərin çıxış etdiyi tədbir böyük bayram ab-havasında keçib.

Konsert proqramında əvvəlcə Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Aleyna Tilki çıxıb.

Sonra səhnəyə qardaş ölkənin digər məşhur müğənniləri – Hadisə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxıblar.

Yüzlərlə media nümayəndəsinin də işıqlandırdığı mərasimdə tamaşaçıların böyük hədiyyələr udmaq şansı da olub. Onlara verilən hədiyyələr arasında ən dəyərlisi təbii ki, AAAF Park Yaşayış Kompleksindən mənzil olub. Böyük həyəcanla gözlənilən çəkilişdə qalib adını Musayev Rusif Asif oğlu qazanıb. Onun biletinin nömrəsi 6111 olub.

Xoşbəxt qalibə mənzil sertifikatını AAAF Media MMC-nin direktoru Rəşad Əliyev təqdim edib.

AAAF Park Yaşayış Kompleksi qalibi, eləcə də bütün azərbaycanlıları Yeni il münasibətilə təbrik edir, uzun ömür, ailə səadəti arzulayır.

Bununla yanaşı, AAAF Park Bakı Olimpiya Stadionuna yüksək səviyyəli təşkilatçılıq, gözəl əməkdaşlığa təşəkkür edir, gələcək layihələrdə də birgə çalışmaqdan məmnunluq duyacağını bildirir.

Bayramınız mübarək!

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here