Möhtəşəm bağlanış konserti oldu – FOTO

Avqustun 20-də “AAAF Park Yaşayış Kompleksi”ndə “8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı”nın bağlanış mərasimi keçirildi. Polşa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İran, Belarus, Moldova və Azərbaycandan olan 150-yə yaxın yeniyetmə, gənc, qız, qadın, kişi, veteran atletlər, məşqçilər, klub rəsmiləri Parkın fontanı ətrafında qurulan masalarda yerlərini alandan sonar tədbir start aldı.

Konsertdə Azərbaycanın tanınmış müğənni və digər musiqi ustaları çıxış etdilər, tamaşaçılara “Nağara şou”, rəqslər, “Odlar Yurdum – Azərbaycan” Alov şousu, “Flash-mob – şounun sonunda “Zirvə” loqosunun əks etdirilməsi” nümayiş etdirildi.

Tədbirin gedişində “Zirvə” İdman Klubu və AAAF Park rəhbərliyi tərəfindən Dünya Çempionatında fərqlənmiş idmançı və klublara xüsusi mükafat və diplomlar verildi. Belə ki, qeyri-rəsmi klub sıralamasında “Qobustan-Zirvə”, “Yevlax-Zirvə”, “İsmayıllı-Zirvə”, “Xırdalan-Zirvə”, “Kişinyov-Zirvə” və “Lənkəran-Zirvə” klubları müvafiq olaraq 6-1-ci yerləri tutduqlarına görə kubok, diplom və pul mükafatı ilə təltif olundular.

İdmançılar arasında mütləq çempionlar da hədiyyələrini aldılar. Dünya Çempionatının ən yaxşı qadın atleti adına 283.2 xalla “Kişinyov-Zirvə” İdman Klubunun nümayəndəsi Nataliya Prişepa layiq görüldü. Kişilərin də ən yaxşısı moldovalı idmançı seçildi. Artyom Pipa 436.3 xalla bütün rəqiblərini qabaqladı. Onların hər ikisi xatirə hədiyyəsi və Kubokla təltif olundular. Prişepaya Kuboku Olimpiya Oyunlarının mükafatçısı, “Smolian-Zirvə” İdman Klubunun prezidenti Veliçko Çolakov, Pipanın hədiyyəsini isə daha bir Olimpiya mükafatçısı, “Jidaçiv-Zirvə” İdman Klubunun prezidenti Denis Qotfrid təqdim etdi.

Daha bir simvolik təltifat mərasimi də maraq doğurdu. “AAAF Park Yaşayış Kompleksi” və “Zirvə İdman Klubu”nun rəhbərliyi “8-ci Zirvə Kuboku və Zirve İnternational Sport Clubs-ın Dünya Çempionatı”nın təşkili və keçirilməsində sərf etdiyi əməyə görə sıravi işçiləri – İsa Hüseynov, Şahlar Səfərov, Zeynəb Çen, Eldar Məmmədquliyev, Fuad Kərimov, Vaiqf İbadov və Şəhla Hüseynovaya “Təşəkkürnamə” təqdim edildi.

Konsert zamanı müxtəlif ölkələrin musiqiləri ifa olundu, qonaqlar lazımınca əyləndilər, Azərbaycan mətbəxinin ən ləziz yeməklərindən daddılar. Ən son texnologiyalı aparatura ilə tüstü, lazer və müxtəlif xüsusi effektləri, səsləndirmə, işıqlandırma vasitəsilə gecəyə xüsusi rəng qatıldı. Böyük ekranda AAAF Park və Dünya Çempionatının ən yaxşı məqamlarından fraqmentlər göstərildi. Bir sözlə, gecə həqiqətən də möhtəşəm alındı.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) To use 'Page Public Content Access', your use of this endpoint must be reviewed and approved by Facebook. To submit this 'Page Public Content Access' feature for review please read our documentation on reviewable features: https://developers.facebook.com/docs/apps/review.

SHARE