2- 8 Sentyabr 2016-cı il tarixində İordaniyanın paytaxtı Əmman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika yarışı keçiriləcək.Çempionatda Azərbaycanın ağır atletləri də iştirak edəcək. Təlim məşq toplanışında olan idmançılarımız yarışa hazırlıqlarını davam etdirilər. Millimizin məşqçisi Məmməd Məmmədov hazırlıqların yüksək səviyyədə getdiyini və idmançılardan yüksək nəticələr gözlədiyini bildirib.
Çempionatda kişilərdən ibarət komandamızda Elmar Əliyev (56kq), Məhəmməd Məmmədli (62kq), Allahyar Abışov (65kq), Paşa İbrahimli (69kq), Kənan Əliqulliyev (77kq), Əfqan Bayramov (77kq), Ceyhun Tağızadə (85kq), Nailxan Nəbiyev (94kq), Rövşən Fətullayev (94kq) və Azər Məmmədli (105kq) ölkəmizi təmsil edəcək.
Qadınlardan ibarət komandamızın heyətində isə Mərziyyə Məhhərəmova, Firuzə İbrahimova, Elnurə Abbasova və Anastassiya İbrahimli yer alıb.