Milli Olimpiya Komitəsində “Zəfər günləri” tədbiri keçirilib

Milli Olimpiya Komitəsində (MOK) “Zəfər Günləri” layihəsi çərçivəsində Argentinanın paytaxtı Buenos Ayres şəhərində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, MOK-un baş katibinin müavini Azər Əliyev, sabiq Olimpiya çempionlarımız, müxtəlif milli federasiyaların rəsmiləri və digər şəxslər iştirak ediblər.

Mərasimin əvvəlində yarış barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Buenos-Ayresdə keçirilən oyunlarda əldə olunan nəticə böyük əhəmiyyət daşıyır. Sonra Olimpiadada iştirak edən idmançılarımızla bağlı videoçarxlar nümayiş etdirilib. Daha sonra Ç.Hüseynzadə çıxış edərək Oyunlarda iştirak edən və medal qazanan idmançıları təbrik edib.

Bundan sonra idmançılara Oyunların Təşkilat Komitəsinin xüsusi diplomları təqdim olunub. Medalçılara isə diplomla yanaşı, mükafat da verilib. Argentinaya yollanan 17 Azərbaycan idmançısından 2-si ağır atlet olub. Lalə Rzazadə öz çəkisində 6-cı yerə çıxsa da, layiqli çıxış nümayiş etdirib və bu Oyunlarıda körpücük üzərinə çıxan ilk qadın atlet kimi adını tarixə yazdırıb.Tamenxan Babayev isə 85 kq çəki drəcəsində fəxri kürsüyə qalxmağı bacarıb. O, gümüş medal qazanaraq Azərbaycanın yeniyetmə və böyüklər arasında Olimpiya Oyunlarında medal qazanan 3-cü atleti olub.

“Zəfər günləri”nin sonunda bədii hissə yer alıb və burada müxtəlif rəqs nömrələri – Tanqo və Çirlidinq təqdim olunub.

SHARE