Məhəmməd Məmmədli: “Qazanılan uğurları növbəti ildə də davam etdirmək istəyirəm

Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir. Körpücük üzərinə çıxan kişilər növbəti çəki dərəcəsi – 62 kq-da mübarizə aparıblar. Bu çəkidə fəxri kürsünün ən yüksək pilləsinə İsmayıllı atleti Məhəmməd Məmmədli qalxıb. O, toplam 270 kq (120+150) nəticə ilə qızıl medala sahib çıxıb. Yarışın qalibi qələbə sevincini AAAF TV kameralarına danışıb:

“Azərbaycan kubokunu qazandığım üçün çox sevinirəm. Məşqçilərimə təşəkkür edirəm, çünki hər şey onların sayəsində oldu.2017-ci ildə bir neçə yarışda iştirak etmişəm. Onlardan biri “Zirvə”nin zona yarışları idi ki, orada qalib oldum. Bundan başqa ölkə xaricində keçirilən yarışlarda da iştirak etmişəm. Albaniyada baş tutan Avropa çempionatında üçüncü yeri tutdum”.

SHARE