Məhəmməd Məmmədli fəxri kürsüdə!

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı start götürüb. Yarışda ölkənin bütün bölgələrindən yüzə yaxın atlet qüvvəsini sınayır. Çempionat fevralın 12-13-də keçiriləcək. Qadınlar 6, kişilər isə 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

62 kq dərəcəsində medal mübarizəsində “Təhsil”dən Allahyar Abışov qalib adını qazanıb. “İsmayıllı-Zirvə”dən gənc ağır atlet Məhəmməd Məmmədli isə 253 kq (110+143) nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc medalı isə “Zirvə” atleti İsa Rüstəmov boynundan asıb.

İdmançılar və məşqçilərimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!

Nəticələrlə tanış olun:

1. Abışov Allahyar 1995 Təhsil 61.45 121 143 264
2. Məhəmməd Məmmədli 1997 Zirvə 61.50 110 143 253
3. Rüstəmov İsa 1999 Zirvə 61.60 113 132 245
4. Qədirov Əhməd 1998 Zirvə 61.20 95 123 218
5. Əbülfətzadə Elmar 1998 Zirvə 59.75 90 105 195
6. Səmədov Ülvi 1998 Zirvə 59.05 80 110 190
7. Mirzəyev Elsevər 2000 Zirvə 56.80 83 100 183
8. Ağayev Elvin 2000 Spartak 59.80 0 0 0
SHARE