Nadir Bayramlı AAAF Parkda solo konsert verəcək – VİDEO

“Məşhurlar AAAF Park”da verilişinin növbəti qonağı tanınmış müğənni Nadir Bayramlı olub. O, “İnterAz” və AAAF TV-nin birgə layihəsi olan bu proqram çərçivəsində AAAF Park Yaşayış Kompleksində konsert verib. Füsunkar məkanımızın mərkəzi səhnəsi – fontan ətrafındakı səhnədə sevərlərinin qarşısına çıxan və onlara xoş dəqiqələr yaşadan Bayramlının çıxışı böyük rəğbətlə qarşılanıb. Müğənni oğlu Şəmsi ilə birlikdə də mahnılar oxuyub, tamaşaçıları sevindirib. Sonda Nadir Bayramlı bidirib ki, sentyabrın 10-da AAAF Parkda solo konsert verəcək. Rubrika zamanı qonağa AAAF Park tərəfindən sakin kartı və 10% endirimli mənzil kuponu hədiyyə edilib.

SHARE