Liseydə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olundu

Bu gün “Zirvə” liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikası Dövlət Himni səsləndikdən sonra ilk olaraq liseyin direktoru Əmirastan Nəbiyev çıxış edib. O Heydər Əliyevin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, bu gün hər birimiz dahi rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik.

Digər çıxış edənlər isə qeyd ediblər ki, ulu öndər Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkətin işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Tədbirin sonunda lisey şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunan şerlər səsləndiriblər.

SHARE