“Limuland” və “Limuforest”də bayram ab-havası

AAAF Parkda fəaliyyət göstərən, yüksək səviyyəli xidməti və müxtəlif əyləncəli məkanları ilə seçilən “Limuland” Uşaq Əyləncə Mərkəzi və “Limuforest” Ailəvi İstirahət Mərkəzində Novruz Bayramı ilə əlaqədar olaraq tədbir və şənliklər təşkil ediləcək. Bayram günlərində “Limuland” Uşaq Əyləncə Mərkəzinin qapalı və açıq əyləncə məkanlarından istifadə etməklə xoş dəqiqələr yaşaya biləcəksiniz. Həmçinin “Limuland”da təşkil edilən “Bahar təravətli Novruz” tədbirinə də qatılmağı unutmayın. Tədbir zamanı müxtəlif rəqslər, rəngarəng ifalar təqdim olunacaq. Bundan əlavə, Novruzun atributlarından sayılan Kosa və Keçəl, Bahar qızı sizləri məkanımızda salamlayacaq.

“Limuforest” Ailəvi İstirahət Mərkəzində də Novruz Bayramı günlərində rahat ailəvi istirahət edə biləcəksiniz. Ləziz təamlar, müxtəlif əyləncələr və bayram əhval ruhiyyəli konsert proqramları – bütün bunlar bir məkanda “Limuforest”də cəmləşəcək. Bildirək ki, mərkəzdə bayram tədbirləri mart ayının 18-dən 26-dək davam edəcək.

Gəlin, Novruz Bayramını birgə keçirək!

SHARE