AAAF Parkda xidməti və dadlı təamları ilə seçilən “Limuforest” İstirahət və Əyləncə Mərkəzində həftənin şənbə və bazar günləri növbəti şou proqram baş tutacaq. Bu dəfəki proqram “Türk musiqi günləri” adı altında reallaşacaq. Konsert çərçivəsində dəvət olunan müğənnilər türk estradasından biri-birindən gözəl ifalar səsləndirəcəklər. Şənbə gününün ən sevimli qonaqlarından biri də Azərbaycanın tanınmış saz ifaçısı Aqşin Tariyeloğlu olacaq. Onun da ifaları hər kəsdə xoş ovqat yaradacaq.
Həftənsonunu maraqlı keçirərək türk musiqisindən zövq almaq istəyirsinizsə, o zaman 2 gün- şənbə və bazar gününüzü “Limuforest”də keçirin.