Limuforest”də həftəsonu şou proqramları start götürdü

AAAF Parkdakı “Limuforest” İstirahət və Əyləncə Mərkəzində həftəsonu şou proqramlara start verilib. Ailəvi istirahətin ideal məkanı olan “Limuforest”də həftənin şənbə və bazar günləri tanınmış və sevilən müğənnilərin ifasında biri-birindən rəngarəng mahnılar yer alacaq və hər kəsin zövqünə oxşayacaq.

Bu məkana təşrif buyuran müştərilər bir neçə maraqlı yarışmaları da izləmək imkanı əldə edəcək və xoş vaxt keçirəcəklər. Bundan başqa, balaca balalar üçün rubrikalar və çoxlu əyləncələr də təşkil olunacaq. Bir sözlə, həftəsonlarını “Limufoest”də keçirsəniz, həm ləziz təamlardan dadıb xidmətdən razı qalacaqsınız, həm də ki doyunca istirahət etmək imkanı sizin olacaq.

SHARE