Lənkəranda yenə rekord sayda idmançı çıxış etdi (Video)

“Zirvə” İdman Klubunun “9-cu Zirvə Kuboku və 2-ci Dünya Çempionatı”nın 2015-ci ildə 1-ci seçmə mərhələsi start götürüb. Klubun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın bütün filialları arasında keçirilən yarışlardan ilki Lənkəranda olub.Bu şəhərdəki zalımızda Neftçala ağır atletləri güclərini sınayıblar. Bu dəfə körpücük üzərinə 85 idmançı çıxıb. Ardıyca isə Lənkəran atletləri medallar uğrunda mübarizə aparıblar. İki gündə 290 idmançı yarışda iştirak edib.

Beləliklə, startdakı 3 gündə 375 idmançı çıxış edib ki, bu da rekord göstəricidir. Ötən ilin noyabrında eyni mərhələdə cəmi 312 ağır atlet qüvvəsini sınamışdı.

Qarşıda Samux və Abşron mərhələsinin də yarışları var.

Yarışlar şəxsi xarakter daşıyır və ona 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar. Qalib və mükafatçılar yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunur, medal və diplomlarla təltif edilirlər.

SHARE