Lənkəran çayının ləzzətini “Limu Food”da yaşayın!

“AAAF Park” ziyarətçilərini və qonaqlarını yeni “Limu Food” adlı məkanında Lənkəran çayı keyfini yaşamağa dəvət edir.

Azərbaycanda çay əsasən Lənkəran, Masallı , Astara və Zaqatalada yetişdirilir. Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Azərbaycan xalqının məişətində çay süfrəsi özünəməxsus yer tutur. Çay dəsgahı bizim milli adət-ənənəmizin əsas atributlarındandır. Yayda sərinlədən, qışda isidən çay süfrəmizin bəzəyinə çevrilmişdir. Xalqımızın əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duyduğu zəruri içki növüdür. Rəsmi qəbullardan tutmus elçilik mərasimlərinədək milli mentalitetimizin möhürlü embleminə çevrilmiş Azərbaycan çayı zərif ətri və xos rəngi ilə bütün dünyada tanınmısdır.

Çayın müalicəvi xüsusiyyətləri ilə sizi tanış etmək istərdik:

  • Çay baş ağrısını aradan qaldırır.
  • Çay oyadır və alkoqol asılılığından azad olmağa kömək edir.
  • Çay qidala class=”list”ndırıcı ərzaq hesab edilir, aclığı aradan qaldırır ( xüsusilə də müxtəlif ətirli və müalicəvi əlavəyə malikdirsə )
  • Çay istilər zamanı əhvalı yüngülləşdirir.
  • Çay təravətləndirir və gümrahlaşdırır.
  • Çay sakitləşdirir, stressi aradan qaldırır, əsəbləri sakitləşdirir.
  • Yağlı qidanın həzmini asanlaşdırır.
  • Orqanizmdən zəhəri, toksinləri və şlakı xaric edir.
  • Çay ömrü uzadır.
  • Çay intellekti artırır, şüuru formalaşdırır.
  • Çayda dişlər üçün faydalı olan flüor mövcuddur. Yaşıl çay dişlərdə kariyes yaradan bakteriyaları öldürmək iqtidarındadır. Miqren tutulmaları zamanı qara çay içmək lazımdır ki, baş ağrısı sakitləşsin.

Hamınızı “AAAF Park”a dəvət edirik. Gəlin, əsl Lənkəran çayı keyfini bizimlə yaşayın. “Limu Food” çay evi yolunuzu gözləyir!

SHARE