Lalə Rzazadə: “Əziyyət çəkərək bəhrəsini gördüm”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilir. İlk yarış günündə körpücük üzərinə yaşı 15 və 17-yə qədər olan qızlar çıxıb. Onlar yaş qrupları üzrə Sinkleyr cədvəlinə əsasən mütləq qalibləri müyyən ediblər.Yaşı 17-yə qədər olan qızların mübarizəsində toplam 133 kq (63+70) çəki və 194.91 xalla Lalə Rzazadə qızıl medala layiq görülüb. Qadın ağır atlet yarışdan sonra fikirlərini AAAF TV ilə bölüşüb.

“Yarışdan öncə mütəmadi olaraq məşqlər etdim, əziyyət çəkərək bəhrəsini gördüm. Bütün məşqçilərimə çox böyük təşəkkür edirəm”.

SHARE