“Kukla” mahnısının ifaçısı AAAF Parkın qonağı oldu

Məşhur “Kukla” mahnısını yəqin hamınız eşitmiş, həm özünüz dinləmiş, uşaqlarınıza da dəfələrlə dinlətmisiniz. Mahnıdakı səs Zabitə Məmmədovaya məxsusdur. Bu mahnını ifa edərkən onun 5 yaşı vardı və elə “Kukla” mahnısı ilə də bütün ölkədə tanındı. Hazırda bəstəkar kimi fəaliyyət göstərən bu xanım AAAF Parkın qonağı olub. Qonağımız söhbət əsnasında keçmiş günləri də yad edib.

Kompleksi ilk dəfə ziyarət edən Zabitə xanım AAAF Park barədə təəssüratlarını da AAAF TV vasitəsilə çatdırıb.

Kompleksin balacalar üçün olan hissəsini nağıla bənzədən uşaq təbiətli qonağımızdan xoş təəssüratlarla ayrıldıq.

SHARE