AAAF Park Yaşayış Kompleksi həmişə rəngarəng layihələri ilə Azərbaycanda müxtəlif sahələrin inkişafına dəstək olub. Bura idman, təhsil, tibb, əyləncə və başqaları aiddir. Növbəti layihəmiz isə film sənayesi ilə bağlıdır.
Bildiyiniz kimi, ən reytinqli seriallardan “Həyat sən nə qəribəsən”, tezliklə göstərimə girəcək olan və baş rollarını Fərda Xudaverdiyevin bölüşdüyü “Yumurta” filmi də məhz bizim dəstəyimizlə çəkilib.
İndi isə ölkəmizin tanınmış gülüş ustalarından daha biri – Müşviq Şahverdiyev maraqlı komediya filmi ilə tamaşaçıların görüşünə gəlmək üzrədir. Sizlərə xoş anlar yaşadacaq bu kinonun adı “My name is İntiqam”dır. Hamımızın sevimlisi olan aktyorun bu filminin çəkilişləri məhz AAAF Park Yaşayış Kompleksinin vahid sponsorluğu ilə həyata keçirilir.
Filmdə kənd həyatı yaşayan İntiqamın, rəqs edərkən dostları tərəfindən çəkilən videosu Youtube-a yerləşdirilir. Beləcə, İntiqamın ulduzu parlayır və şəhərə dəvət alır. Bununla da İntiqamı bir-birindən maraqlı macəralar gözləyir. Çəkilişlər cənub zonamızda və AAAF Park-da aparılır. Yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək film barəsində qısaca deyə bilərik ki, bu filmin yayımlanmasını səbrsizliklə gözləməyinizə dəyəcəkdir.
Filmin rəsmi Facebook səhifəsi: https://www.facebook.com/mynameisintiqam
Xoş seyirlər!