Fevralın 12-13-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçirildi. Yarışda Azərbaycanın bütün bölgələrindən yüzə yaxın idmançı iştirak etdi. Qarşıdakı Avropa çempionatı öncəsi sınaq xarakteri daşıyan turnirdə “Zirvə” Beynəlxalq İdman Klubunun atletləri 34 medaldan 24-nü qazanaraq böyük uğura imza atıblar.
Sizə bu çempionatın videoyazısından 1-ci hissəni təqdim edirik: