Kənddən AAAF Park-a

AAAF Parkdakı 11 saylı küçənin ərazisində “Kəndli” mağazası açılıb. Mağazada respublikanın müxtəlif bölgələrindən gətirilən geniş çeşidli kənd təsərrüfatı məhsulları satılır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq mağaza xeyli alıcı kütləsi toplaya bilib. Bunun da əsas səbəblərindən biri, məhsulların çox keyfiyyətli, qiymətinin isə çox münasib olmasıdır.

Mağaza hər gün saat 09:00-dan gecə yarıya qədər müştərilərin üzünə açıqdır. Ağız dadınıza uyğun təbii meyvə -tərəvəz məhsullarını almaq istəyirsinizsə, o zaman “Kəndli” mağazası baş vura biləcəyiniz bir nömrəli ünvandır.

SHARE