Kənan Əliquliyev: “Əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm”

Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku ikinci yarış günüdür. Körpücük üzərinə ilk olaraq çəkisi 77 kq olan atletlər çıxıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Lənkəran atleti Kənan Əliquliyev qalxıb. O, toplam 278 kq (123+155) nəticə ilə bütün rəqiblərini üstələyib və qızıl medal qazanıb. Yarışın qalibi daha sonra AAAF TV-yə müsahibə verib və fikirlərini bölüşüb:

“Yarış çox yaxşı keçdi və mən də qələbə qazana bildim. Əziyyəti olan məşqçilərimə, xüsusən də şəxsi məşqçim olan atama təşəkkürümü bildirirəm”.

 

SHARE