“Kaspi Kids”in Xırdalanda filialı fəaliyyətə başladı

2011-ci ildən fəaliyyətə başlayan “Kaspi Kids”in daha bir filialı Xırdalanda – AAAF Park Yaşayış Kompleksi ərazisində açıldı. Açılışı bildirən lent kəsildikdən sonra tədbirə təşrif buyuran qonaqlar, valideynlər və digər iştirakçılar burada yaradılan şəraitlə tanış oldular. Sonra çıxışlar dinlənildi.

“Kaspi” Təhsil Şirkətinin baş direktor müavini Aydın Əliyev söz alaraq “Kaspi Kids Xırdalan”ın fəaliyyəti başlaması münasibətilə hər kəsi təbrik etdi, filialın işinə uğurlar arzuladı. Xırdalan və ətraf ərazilərdən xeyli uşağın bu filialdan faydalanacağına ümid etdiyini dilə gətirdi.

Daha sonra “Kaspi Kids Xırdalan”ın rəhbəri Xəyalə Xanverdiyeva çıxış edərək buranın qısa zaman ərzində böyük uğurlar əldə edəcəyinə inamını ifadə etdi. Çıxışlardan sonra açılış münasibətilə tort kəsildi.

Bildirək ki, bu filialda məktəbəqədər hazırlıq üzrə proqramlar tədris olunacaq.

SHARE