“AAAF-İnşaat MMC” çoxsaylı istəkləri nəzərə alaraq, “Açarını təhvil al, ödəməyə sonra başla” kampaniyasının vaxtını uzadıb. Sərfəli şərtlərlə mənzil almaq imkanı minlərlə müştərini AAAF Parka gəlməyə məcbur edib. İnsanlar onlar üçün uyğun olan imkanlardan yararlanmağa tələsib, bu şans qaçırmamağa çalışıblar. Ona görə də şirkətimiz kampaniyanın müddətini 28 may tarixinə qədər uzadıb.
Ölkənin ən nüfuzlu kanallarından biri – “Xəzər TV” də bu addımı təqdir edib və bununla bağlı xəbər hazırlayıb. Bu süjeti sizə təqdim edirik.
Bəs şərtlər necədir?
10 ilədək ödəmə şərtləri ilə mənzil almaq istəyən şəxs 9% ilkin ödəniş edərək mənzil sahibi olacaq. Belə ki, kampaniyaya əsasən, məs., 28.7 m² sahəli 1 otaqlı mənzil əldə etmək istəyirsinizsə, evin tam dəyərinin – 27 265 manatın (mənzilin 1m²=950 manatdan hesablanmışdır) 9%-ini, yəni 2 454 manatını ilkin ödəniş etməli, qalıq borc məbləği – 24 811 manat isə heç bir illik % dərəcəsi hesablanmadan 10 ilədək bölmək mümkündür. Bu zaman ayda 206.76 manat ödəməklə mənzil sahibi olacaqsıınız.
20 ilədək ödəmə şərtləri ilə mənzil almaq istəyən şəxs isə ən az 19% ilkin ödəniş edərək mənzil sahibi olacaq. Belə ki, kampaniyaya əsasən, məs., 28.7 m² sahəli 1 otaqlı mənzil əldə etmək istəyirsinizsə, evin tam dəyərinin – 27 265 manatın (mənzilin 1m²=950 manatdan hesablanmışdır) 19%-ini, yəni 5 180 manatını ilkin ödəniş etməli, qalıq borc məbləği – 22 084 manat isə heç bir illik % dərəcəsi hesablanmadan 20 ilədək bölünəcək və bu zaman ayda 92 manat ödəməklə mənzil sahibi olacaqsıınız.