Kənan Əliquliyev: “Yarışa hazırlıq çox yaxşı keçmişdi”

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatında ikinci yarış gününə start verilib. 77 kq çəki dərəcəsində mübarizə aparan ağır atletlər qalibi müəyyən ediblər. Toplam 294 kq (130+164) çəkinin öhdəsindən gələn Kənan Əliquliyev bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Qalib mükafatlandırma mərasimindən sonra AAAF TV-yə müsahibə verərək yarışla bağlı fikirlərini bölüşüb:

“Yarışa hazırlıq çox yaxşı keçmişdi. Təli-məşq toplanışlarımız Ukraynada və Bakıda Ağır Atletika Akademiyasında oldu. Bu məşqlər zamanı yarışa ciddi hazırlaşdıq və bunun da nəticəsində ölkə çempionatında çempion oldum. Zəhməti keçən bütün məşqçilərimə, xüsusən də şəxsi məşqçim olan Teymur Əliquliyevə öz təşəkkürümü bildirirəm”.

SHARE