Aprelin 7-12-si arasında Perunun paytaxtı Lima şəhərində keçiriləcək yeniyetmələr arasında Dünya birinciliyi davam edir. Turnirdə 36 ölkədən 193 ağır atlet – 100 qadın və 93 kişi atlet iştirak edir.
Artıq “Zirve İnternational Sport Clubs”ın nümayəndələri bu vacib yarışda iştiraklarını başa vurublar. Qızların mübarizəsində “Ankara Tuzgölü-Zirvə” klubundan iki atlet 53 kq-da Gamze Yayla və 69 kq çəki dərəcəsində isə Zeynep Atakan körpücük üzərinə çıxıblar.
Gamze Yayla toplamda 152 kq (69+83) nəticə ilə yekun sıralamada 11-ci yeri tutub. Zeynep Atakan daha yaxşı çıxış edərək bürünc medalın bir addımlığından dönüb. 17 yaşlı atlet toplam 192 kq (85+107) nəticə ilə dünya birincliyində 4-cü yeri tutub.
Oğlanlarda “Terespol-Zirvə” atleti Mateuş Skulimovski 85 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplam 280 kq (125+155) nəticə ilə 7-ci yerə çıxıb.
Ən böyük uğura isə həmin çəki dərəcəsində körpücük üzərinə çıxan İqor Obuxov imaz atıb. “Jidaçiv-Zirvə” klubunun istedadlı atleti dünya çempionu adını qazanıb. 17 yaşlı idmançı toplamda 316 kq (133+183) nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Obuxovu və onun məşqçilərini təbrik edir, gələcək yarışlarda da uğurlarının davamının gəlməsini arzulayırıq.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions