İstedadlı əlillərin sərgisi

AAAF Parkda fiziki məhdudiyyətli, istedadlı əlillərin əl işlərindən ibarət satış sərgisi təşkil edilib.

“İstedadlı Əlillər İctimai Birliyi”nin Abşeron rayon filialının təşəbbüsü ilə fiziki məhdudiyyətli, istedadlı əlillərin əl işlərindən ibarət satış sərgisini bu dəfə AAAF Park Yaşayış Kompleksində təşkil olunur. İki gün davam edəcək bu sərgidə məqsəd istedadlı əlillərin aşkarlanıb üzə çıxarılması və onların maddi rifahının yaxşılaşdırılmasına dəstək olmaqdır.

AAAF Park Yaşayış Kompleksi olaraq hamınızı bu sərgidə iştirak etməyə və maraqlı əl işləri ilə yaxından tanış olmağa dəvət edirik.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE