“İSMA” velosipedlərinin AAAF Parkda təqdimatı oldu

“Synergy Group” Şirkətlər qrupuna daxil olan İsmayıllı velosiped zavodu “İSMA” brendi adı altında çoxçeşidli velosipedlərin istehsalına başlayıb. Artıq yerli brend 50-dək yeni modellə daxili bazarda təmsil olunur. AAAF Park Yaşayış Kompleksində yerli istehsalın təqdimatı gerçəkləşib. Yüksək keyfiyyətlə hazırlanan “İSMA” velosipedlərinə maraq olduqca çoxdur.

AAAF Parkdakı təqdimat daha bir müddət davam edəcək. Respublikanın digər bölgələrində də belə təqdimatların keçirməsi nəzərdə tutulur.

SHARE