“İnterAz” TV dünya çempionu ilə AAAF Park-da

Keçən günlərdə “Məşhurlar AAAF Parkda” rubrikasının qonağı olan Pərviz Abdullayevi yəqin ki, yaxından tanıyırsınız.

Kikboksinq üzrə beşqat dünya çempionu olan Pərviz Abdullayev növbəti dəfə “İnterAz” TV-də Rüfət Nadirlinin təqdimatı ilə yayımlanan “Qalib ol” verilişinin AAAF Parkda qonağı olub.

Pərviz Abdullayev söhbət zamanı bu il ərzində keçirəcəyi döyüşləri barədə məlumat verib. Daha sonra idmançı AAAF Park Yaşayış Kompleksini çox bəyəndiyini və istirahət üçün möhtəşəm məkan olduğunu da vurğulayıb. Bundan əlavə olaraq qonaq, AAAF Parkda yerləşən “Zirvə Fitnes & Spa” mərkəzinin fitnes bölümündə məşq etmişdir.

SHARE