İlk qalib Bolqarıstandan oldu – Nəticələr+Fotolar

Astara Olimpiya İdman Kompleksində “Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə “9-cu Zirvə Kuboku” start götürüb. İlk olaraq yaşı 14-ə qədər olan qadın idmançılar körpücük üzərinə çıxdılar. Yarışlarımıza “Sumqayıt-Zirvə” təmsilçisi Muxtarlı Günel start verdi.

Polşa, Bolqarıstan, Türkiyə, Ukrayna və Azərbaycandan 12 gənc atletin qatıldığı qrupda maraqlı mübarizə yaşandı. Fəxri kürsüdə yer almaq üçün hər yanaşmasına diqqətlə yanaşan idmançılar tribunalara toplaşan yüzlərlə tamaşaçının zövqünü oxşaya bildilər.

Qalib adını Bolqarıstan atleti Qalya Şatova qazandı. “Smolyan-Zirvə” təmsilçisi toplam 144 kq (69+75) nəticə və 219.21 xal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İkinci yerə Ukraynadakı filialımız “Jidaçiv-Zirvə”dən Qalina Didik toplam 92 kq (40+52) və 204.25 xalla çıxa bildi. Üçüncü pillə isə Azərbaycanlı qadın atlet, “Lənkəran-Zirvə” təmsilçisi Məhərrəmova Sevərə qismət oldu. O, toplam 134 kq (60+74) nəticə və 194.97 xal topladı.

Mükafatlandırma mərasimi də təntənəli alındı. Medalçılara diplom, kubok, medal, mənzil sertifikatı və pul mükafatalarını xüsusi qonaqlar təqdim etdi. Bürünc mükafatçı Məhərrəmova Sevər hədiyyələrini “Zirvə” Beynəlxalq İdman Klubun prezidenti Tofiq Heydərov təqdim etdi. İkinci yerə sahib çıxan Qalina Didıka mükafatı üçqat Olimpiya çempionu Halil Mutlu verdi. Qızıl medalçı Qalya Şatovaya isə mükafatı Astara Şəhər İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təqdim etdi. Sonda xatirə şəkilləri çəkildi.

Y Adı İl Klub Ölkə Çəkisi Birdən Təkanla Toplam Xal
1. Qalya Şatova 2001 Smolyan Bolqarıstan 52.4 69 75 144 219.21
2. Qalina Didik 2001 Jidaçiv Ukrayna 35.4 40 52 92 204.25
3. Məhərrəmova Sevər 2002 Lənkəran Azərbaycan 55.5 60 74 134 194.97
4. İvjenko Olqa 2003 Jidaçiv Ukrayna 36.0 41 48 89 193.95
5. Rzazadə Lalə 2001 Lənkəran Azərbaycan 53.0 55 71 126 190.06
6. Muxtarlı Günel 2003 Sumqayıt Azərbaycan 24.4 22 31 53 188.05
7. Hüseynzadə Fidan 2001 Lənkəran Azərbaycan 62.6 58 81 139 185.50
8. Gülüm İnci Kaya 2002 Ankara Türkiyə 67.1 52 69 121 154.42
9. Aqneşka Xomyuk 2001 Terespol Polşa 48.7 40 50 90 145.67
10. Nəzərli Gülbəniz 2002 Lənkəran Azərbaycan 37.4 30 38 68 142.16
11. Fərəcova Şəfa 2001 Lənkəran Azərbaycan 41.0 33 40 73 138.75
SHARE