İlham Zəkiyev : “İslam Oyunlarında ağır atletlərin medal qazanmaq şansı çox böyükdür”

Paraolimpiyalı cüdoçu, I Avropa Oyunlarının qızıl mükafatçısı, ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev növbəti dəfə AAAF Park Yaşayış Kompleksində olub. May ayının 12-də startı veriləcək IV İslam Həmrəylik Oyunlarının idmançı səfiri olan İlham Zəkiyev AAAF TV-yə müsahibəsində bu oyunların möhtəşəm idman bayramı kimi yadda qalacağını bildirdi və əlavə etdi ki, İslam Oyunlarında mübarizə aparacaq ağır atletlərin də medal qazanmaq şansı çox böyükdür.

SHARE