“İdmanda” verilişində AAAF Parkdan iki nəfərlik pulsuz yemək qazanıldı!

AAAF Park həftənin 5 günü, 104 FM dalğasında “Space” radionun axşam efirində yayınlanan “İdmanda” verilişində maraqlı bir layihə həyata keçirib. Hər gün müxtəlif idman növləri üzrə tanınmış və perspektivli idmançılar, məşqçilər və mütəxəssisləri qonaq edilən bu verilişdə Yaşayış Kompleksimizin “Limu Forest” restoranından iki nəfərlik pulsuz şam yeməyi hədiyyə edilib.

Bazar ertəsindən cümə gününə qədər həftəiçi hər gün axşam saat 20:00-da maraqlı idman müzakirələri ilə yanaşı, sual-cavab müsabiqəsi də keçirilən “İdmanda”, radio efirində özünəməxsus yerə malikdir. Aparıcılar Anar Nəbi və Elnur Əsədin təqdimatında gedən verilişdə “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də dəfələrlə qonaq olub, nailiyyətlər, qazanılan və qazanılacaq qələbələr barədə danışıb, müzakirələr ediblər.

Ötən həftə aparıcıların idman barədə suallarına həftəboyu uğurla cavab verən bir nəfər qalib adını qazanaraq “Limu Forest”də iki nəfərlik şam yeməyi hədiyyə kuponu qazanıb. Onu təbrik edir, özünəməxsus dizaynı, ləziz təamları ilə fərqlənən bu məkanın xidmətlərindən razı qalacağına ümid edirik!

Əlavə edək ki, “İdmanda” verilişində müsabiqə davam edir və hər həftə yeni, maraqlı hədiyyələr sizi gözləyir. Məsələn, bu həftə qalib olacaq şəxs “Zirvə” Fitness Mərkəzindən 1 aylıq pulsuz istifadə haqqı qazanacaq. Radionuzu “Space”ə kökləyin, iştirak edin, əylənin, qalib olun!

SHARE