İaşə obyektlərimizlə bağlı açıqlama!

AAAF Park Yaşayış Kompleksinin ərazisində onlarla müxtəlif xidmət və iaşə obyekti fəaliyyət göstərir. Onların hər biri fərdi sahibkarlar tərəfindən icarə müqaviləsi əsasında müstəqil şəkildə işlədilməkdədir.
AAAF Park olaraq daxili qaydalarımızla nəzərdə tutulmuş tələblər pozulmadığı müddətcə biz o sahibkarların fəaliyyətinə müdaxilə etmir, təftiş aparmırıq. Nəzərə alsaq ki, AAAF Park özü də məhz Xırdalan şəhəində yerləşən onlarla yaşayış massivindən biridir, bu məqamda bizim adımızın neqativ halda çəkilməsini də qərəz olaraq qəbul edirik.
Həmçinin bəyan edirik ki, ərazimizdə fəaliyyət göstərən hər hansı obyektin fəaliyyətində bizə məlum olmayan, təftişinə səlahiyyətimiz çatmayan nəsə bir hal varsa, onun aidiyyatı qurumlar tərəfindən aşkarlanıb, qarşısının alınmasında biz də maraqlıyıq. Açıq şəkildə həmin qurumları biz də müəyyən araşdırmalar aparmağa dəvət edirik.
Haqqımızda məlum qərəzli, əsassız kampaniya təşkil etmək istəyən şəxslər barəsində isə artıq aidiyyatı müraciətlərimizi etmiş, əlimizdə olan sübutları ortaya qoymuşuq. Bir daha bütün KİV nümayəndələrini diqqətli, etik və qərəzsiz olmağa dəvət edirik!

SHARE