I Zirvə oyunları Ağır atletika (nəticələr)

5-12 may tarixləri arasında “AAAF PARK” yaşayış kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ”I “ZİRVƏ” OYUNLARI” keçirildi. Ölkəmizdə idmana yüksək səviyyədə göstərilən qayğı və diqqətin davamı kimi keçirilən bu yarış böyük uğurla keçdi və xüsusi rəğbət qazandı.

“Zirvə” İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatıldığı bu yarış, həm də ilkin xarakter daşıdı. Bundan sonra mütəmadi keçirilməsi nəzərdə tutulan Oyunlar, klubumuzun gələcəyində böyük əhəmiyyət daşıyacaqdır.

İlk Oyunlarımızda 4 idman növü üzrə yarışlar keçirildi. Bunlar cüdo, gimnastika, futbol və ağır atletika növləridir.

Klubumuzun mərkəzi bazası sayılan AAAF Park Yaşayış Kompleksinin əsas zalında ağır atletika yarışları da keçirildi. Yeniyetmə qızlar və 2001-2004-cü illər doğumlu oölanlar arasında turnir maraqlı mübarizə şəraitində keçdi. Yüksək səviyyəli təşkilatçılıq, əla avadanlıqlarla təchiz olunmuş zal idmançıları medallar uğrunda sona qədər çalışmağa sövq edirdi.

Ölkənin tanınmış telekanallarının diqqət mərkəzində olan yarışlarımızı klubumuzun prezidenti Tofiq Heydərov böyük maraqla izlədi. Gənc atletlərin hər çıxışını alqışla qarşılayan prezidentimiz, onlara uğurlar dilədi. Onunla yanaşı bir sıra fəxri qonaqlar da ağır atletika yarışlarına maraqla şahidlik etdilər.

Təcrübəli məşqçilərimizin tələbələrini I “ZİRVƏ OYUNLARI”na ciddi hazırladığı hiss olunurdu. Güclü texnikaya malik, istedadlı gənclər böyük perspektiv vəd etdiklərini bir daha sübut etdilər. Bu oyunlar onların bir qədər də təcrübə qazanması üçün yaxşı imkan oldu.
Ümid edirik ki, bu uğurların davamı beynəlxalq arenalarda gələcək.

Ağır atletika üzrə yarışlarımızın qalibləri ilə tanış olun:

Qızlar

  1. Mirzəyevə Zülfiyə (Lerik)
  2. Əzimova Səbinə (Lənkəran)
  3. Fərəcova Şəfa (Lənkəran)

Oğlanlar (2004-cü illər)

  1. Abbasov Elvin (Goranboy)
  2. Rəhimov Kənan (İsmayıllı)
  3. Məmmədli Ədalət (İsmayıllı)

2003-cü illər

  1. Əliyev Murad (Sumqayıt)
  2. Hacalıyev Məhəmməd (Qazax)
  3. Qədimov Ağatahir (Abşeron)

2002-ci illər

  1. Heydərov Cavid (Neftçala)
  2. İbrahimov Sadiq (Neftçala)
  3. Əsgərli Vüsal (Neftçala)

2001-ci illər

  1. Hüseynov Elməddin (Şamaxı)
  2. Əliyev Fuqan (Lerik)
  3. Talıbov Cahangir (Abşeron)

[nggallery id=23]

SHARE