”I “Zirvə” Oyunları” Cüdo (nəticələr)

5-12 may tarixləri arasında “AAAF PARK” yaşayış kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ”I “ZİRVƏ” OYUNLARI” keçirildi. Ölkəmizdə idmana yüksək səviyyədə göstərilən qayğı və diqqətin davamı kimi keçirilən bu yarış böyük uğurla keçdi və xüsusi rəğbət qazandı.

“Zirvə” İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatıldığı bu yarış, həm də ilkin xarakter daşıdı. Bundan sonra mütəmadi keçirilməsi nəzərdə tutulan Oyunlar, klubumuzun gələcəyində böyük əhəmiyyət daşıyacaqdır.

İlk Oyunlarımızda 4 idman növü üzrə yarışlar keçirildi. Bunlar cüdo, gimnastika, futbol və ağır atletika növləridir. İlk olaraq yarışlarda gənc cüdoçularımız qüvvələrini sınadılar.

Yüzə yaxın gənc idmançının qatıldığı yarışda, medallar uğrunda maraqlı mübarizə getdi. Qaliblər fəxri diploma, medal və kuboklarla təltif olundular.

Müxtəlif çəki dərəcələrində aşağıdakı idmançılar medallara sahib çıxdılar:

18 kq çəki dərəcəsi

1. Məmmədli Murad
2. Bayramov Nofəl
3. Hüseynli Murad

21 kq

1. Əhmədov Qismət
2. Abdullayev Emil
3. Pirəliyev Turqay və Vəlizadə Tural

24 kq

1. Məhərrəmov Əli
2. Məmmədov Ayxan
3. Məmmədli Anar və Aslanov Soltan

27 kq

1. Abbasov Xəzər
2. Məmmədli Alpər
3. Salahov Cavanşir və Abbaszadə Ələsgər

30 kq

1. Əlizadə Hidayət
2. Məmmədov Məhəmməd
3. Cəfərov İsmayıl və Ağayev Cavid

34 kq

1. Həsənov Əli
2. Fərzəliyev Elmir
3. İskəndərli Əyyub və Abdullayev Nicat

38 kq

1. Qurbanov İzzət
2. Nəsirov Hüseyn
3. Muradlı Murad və Əsgərzadə Əsgər

42 kq

1. Bədəlov Babək
2. Seyidov Rafiq
3. Nəzərli Pərviz və Həsənzadə Mirağadadaş

46 kq

1. Əliaslanov Şahlar
2. Rüstəmov Həsən
3. İmaməliyev Ümid və İsmayılzadə Şahin

50 kq

1. Zeynalov Naməd
2. Rüstəmov Kamal
3. Təbibov Baloğlan və Məcidov Orxan

55 kq

1. İskəndərli Əziz
2. Qəmbərli Emil
3. Məmmədli Aydın və Məmmədov Ağamirzə

SHARE